Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Tür­ki­yə-Nax­çı­van Azad İq­ti­sa­di Zo­na­sı…

“Bu, döv­lət gə­lir­lə­ri­nin ar­tı­rıl­ma­sı ba­xı­mın­dan çox va­cib­dir”

Qu­lu İs­ma­yı­lov: “Azad iq­ti­sa­di zo­na­lar, həm­çi­nin, eh­ti­yat­da olan məh­sul­la­rın bir qis­mi­nin da­xi­li ba­za­ra çı­xa­rıl­ma­sı­na ge­niş im­kan ya­ra­da­caq”

Tür­ki­yə Nax­çı­van­la azad iq­ti­sa­di zo­na ya­ra­dır. Tür­ki­yə KİV-inin ver­di­yi mə­lu­ma­ta gö­rə, bu ba­rə­də öl­kə­nin iq­ti­sa­diy­yat na­zi­ri Ni­hat Zey­bek­çi de­yib. Onun söz­lə­ri­nə gö­rə, bu mə­sə­lə ilə bağ­lı ar­tıq la­zı­mi in­fras­truk­tur ya­ra­dı­lıb.

“Tür­ki­yə İq­ti­sa­diy­yat Na­zir­li­yi­nin nü­ma­yən­də­lə­ri ar­tıq Nax­çı­van­da yer­ləş­di­ri­lib”, – de­yə na­zir bil­di­rib. Zey­bek­çi qeyd edib ki, Nax­çı­van­la apa­rı­la­caq ti­ca­rət Tür­ki­yə­nin şə­hər­lə­rin­də apa­rı­lan ti­ca­rət­dən fərq­lən­mə­yə­cək. Əmə­liy­yat za­ma­nı türk li­rə­sin­dən is­ti­fa­də edi­lə­cək.

Be­lə bir azad iq­ti­sa­di zo­na­nın ya­ra­dıl­ma­sı iq­ti­sa­diy­ya­tı­mız üçün nə vəd edə bi­lər?

İq­ti­sad­çı Qu­lu İs­ma­yı­lov qə­ze­ti­mi­zə bil­dir­di ki, Azər­bay­can­da azad iq­ti­sa­di zo­na­la­rın ya­ra­dıl­ma­sı pro­se­si­nə start ve­ri­lib: “Ötən il Pre­zi­dent İl­ham Əli­yev Ba­kı şə­hə­ri Qa­ra­dağ ra­yo­nu­nun Ələt qə­sə­bə­sin­də ye­ni Ba­kı Bey­nəl­xalq Də­niz Ti­ca­rət Li­ma­nı­nın əra­zi­si da­xil ol­maq­la azad ti­ca­rət zo­na­sı tip­li xü­su­si iq­ti­sa­di zo­na­nın ya­ra­dıl­ma­sı ilə bağ­lı təd­bir­lər haq­qın­da sə­rən­cam im­za­la­yıb.

Azad iq­ti­sa­di zo­na­lar in­ves­ti­si­ya­la­rın cəlb olun­ma­sı və ye­ni iş yer­lə­ri­nin açıl­ma­sı ba­xı­mın­dan çox va­cib­dir. Ələt­də ya­ra­dı­lan azad iq­ti­sa­di zo­na­nın özü­nə­məx­sus üs­tün­lük­lə­ri ola­caq. Be­lə ad­dım­la­rın atıl­ma­sın­da in­ves­ti­si­ya­la­rın cəlb olun­ma­sı əsas hə­dəf ola­raq nə­zər­də tu­tu­lub. Be­lə bir iq­ti­sa­di zo­na­nın ya­ra­dıl­ma­sı­nın üs­tün­lü­yü on­dan iba­rət­dir ki, Azər­bay­can tran­zit öl­kə ola­raq öz im­kan­la­rı­nı ge­niş­lən­di­rə bi­lə­cək və öl­kə əra­zi­sin­də da­ha çox yük­da­şı­ma­la­ra na­il ola­caq. Son dövr­lər Azər­bay­can əra­zi­sin­dən mal­la­rın Av­ro­pa­dan və Tür­ki­yə­dən Asi­ya­ya apa­rıl­ma­sı­na olan ma­ra­ğın art­ma­sı­nı nə­zə­rə ala­raq ye­ni iq­ti­sa­di zo­na­nın ya­ra­dıl­ma­sı Azər­bay­ca­nın im­kan­la­rı­nı ge­niş­lən­di­rə­cək. Nax­çı­van isə Azər­bay­ca­nın Tür­ki­yə ilə  sər­hə­di olan ye­ga­nə böl­gə­si­dir. Mux­tar Res­pub­li­ka, həm­çi­nin, İran­la həm­sər­həd­dir. Bu da hə­min böl­gə üçün xa­ri­ci ti­ca­rət döv­riy­yə­si­ni ar­tır­maq ba­xı­mın­dan ol­duq­ca əl­ve­riş­li­dir.

Ye­ni iq­ti­sa­di zo­na, həm­çi­nin, döv­lət gə­lir­lə­ri­nin və büd­cə­yə da­xil olan və­sai­tin art­ma­sı­na da sə­bəb ola­caq. Qeyd edim ki, bu ad­dım elə­cə də məş­ğul­lu­ğun in­ki­şa­fı­na mü­əy­yən mə­na­da yük­sək tə­sir gös­tə­rə­cək. Çün­ki in­ves­ti­si­ya­la­rın cəlb olun­ma­sı ye­ni iş yer­lə­ri­nin ya­ran­ma­sı de­mək­dir. Sö­zü­ge­dən zo­na di­gər sek­tor­lar­da ak­tiv­li­yin art­ma­sı­na mün­bit şə­ra­it ya­rat­mış ola­caq. İn­ves­ti­si­ya­lar hə­ya­ta ke­çi­ril­dik­dən son­ra yer­li xam­ma­la eh­ti­yac ya­ra­na­caq. Bun­dan baş­qa, ye­ni iq­ti­sa­di zo­na im­kan ve­rə­cək ki, iq­ti­sad­çı kadr­la­rın iş­lə tə­min olun­ma­sı hə­ya­ta ke­çi­ril­sin. Bu as­pekt­dən ya­naş­saq, bu çox mü­hüm mə­sə­lə­dir. Azad iq­ti­sa­di zo­na­lar, həm­çi­nin, eh­ti­yat­da olan məh­sul­la­rın bir qis­mi­nin da­xi­li ba­za­ra çı­xa­rıl­ma­sı­na ge­niş im­kan ya­ra­da­caq. Bu da söz­süz ki, öz növ­bə­sin­də, id­xal­dan ası­lı­lı­ğın ara­dan qal­dı­rıl­ma­sı və yer­li məh­su­lun ba­za­ra çı­xa­rıl­ma­sı ba­xı­mın­dan çox va­cib­dir. Sö­zü­ge­dən zo­na ümu­mi­lik­də Azər­bay­can iq­ti­sa­diy­ya­tı­nın in­ki­şa­fı­na bö­yük müs­bət tə­sir gös­tə­rə­cək. Bu, döv­lət gə­lir­lə­ri­nin ar­tı­rıl­ma­sı ba­xı­mın­dan çox va­cib­dir. Qeyd et­mək la­zım­dır ki, iq­ti­sa­di zo­na­la­rın ya­ra­dıl­ma­sı üçün spe­si­fik po­ten­sia­la eh­ti­yac yox­dur. Bu­ra­da söh­bət gü­zəşt­lə­rin tət­biq olun­ma­sın­dan ge­dir. İn­fras­truk­tu­ru­muz və möv­cud şə­ra­it im­kan ve­rir ki, Azər­bay­can­da be­lə iq­ti­sa­di zo­na­la­rın ya­ra­dıl­ma­sı­na baş­qa böl­gə­lər­də də na­il olun­sun”.

Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir