Bazar , 5 Aprel 2026
Drone Cameras

Türk ordusundan İraqın 20 km-də sensasion əməliyyat: 8 helikopterlə 7 kəndə komandos endirdi – Ərbildə təlaş

Türk Silahlı Qüvvələri İraq Kürd Muxtariyyətinin paytaxtı Ərblin Sidekan bölgəsinə hərbi qüvvə yeridib.
 
Bu iddialı məlumatı Bərzani hökumətinin təsiri altında olan və muxtariyyətdə nəşr olunan “Rudaw” qəzeti yazıb.
 
Qəzet bildirib ki, Sidekandakı dağların zirvəsinə səkkiz helikopterlə əsgər endirib: “Bu gün Türkiyə ordusu öz sərhəddindən 20 km bizim içərimizə doğru faktiki irəliləyib”.
 
Qəzet Sidekan bölgəsindəki Şapan kəndinin müxtarı Faris Rəsuldan da açıqlama alıb. 
 
O, bildirib ki, Türk savaş qırıcıları dünən gecədən ərazini bombalayır: “Bəli, Türkiyə bombalamaqla yanaşı, bu gün 8 helikopterlə Şapan, Dilan, Kevet, Bene, Çiyasor, Alekan və Çiyaneya dağlarına əsgərlər düşürdü”.
 
(Mia.az)

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir