Bazar , 22 Dekabr 2024
Drone Cameras

Türkiyə hökuməti 2017-ci ili “Təsərrüfat ili” elan edib

Türkiyə hökuməti 2017-ci ildə ölkə iqtisadiyyatını daha əsaslı idarə etmək, o cümlədən milli valyutanın məzənnəsinin sabitliyini qorumaq üçün geniş tədbirlərə başlayıb.

Baş nazir Binəli Yıldırım problemli kreditlərin idarə olunması, yeni kredit mənbələri, istehsalın artımı, daxili bazarın tənzimlənməsi, yeni iş yerlərinin açılması və s. məsələlərə dair qəbul olunan hökumət qərarları barədə geniş məlumat verib. O, 2017-ci ilin ölkədə “Təsərrüfat ili” elan olunduğunu söyləyib.

Qeyd edək ki, hazırda Türkiyə hökumətinin qarşısında duran başlıca vəzifə lirənin məzənnəsinin aşağı düşməsinin qarşısını almaqdır. Prezident Rəcəb Tayyib Ərdoğanın ehtiyatda olan ABŞ dollarlarını lirəyə dəyişməyin vacibliyi barədə ölkə ictimaiyyətinə müraciəti son günlər valyuta bazarında müsbət nəticələr verib. Buna baxmayaraq bu sahədəki vəziyyət hələ də tam sabitləşməyib. Belə ki, dövlət başçısının müraciətindən sonra 1 ABŞ dollarının məzənnəsi 3.556 lirədən 3.356 lirəyə qədər ensə də, dekabrın 8-də günortadan sonra valyuta bazarında yenidən qeyri-müəyyənlik yaranıb. Türkiyə Mərkəzi Bankının ən son məlumatına görə, hazırda 1 ABŞ dollarının alışı 3.366 lirədir.

 

AZƏRTAC

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir