Türkiyə hərbçilərinin mülki şəxsləri qorumaq üçün Suriyanın İdlib şəhərində hansı ərazilərə yerləşəcəyi Astanada keçirilən görüşdə dəqiqləşib.
Boyukmıllet.com-ın məlumatına görə, Qazaxıstanın paytaxtı Astanada təşkil edilən Suriya böhranı üzrə görüşlərin 6-cı turunda İdlib şəhərinin aqibəti ilə bağlı önəmli qərar qəbul edilib.
Türkiyə mətbuatı yazır ki, ABŞ-ın “əl-Qaidə”yə qarşı mübarizə” adı altında hücuma hazırlaşdığı şəhərdə təhlükəsizliyi Türkiyə, Rusiya, həmçinin İrandan dəstək alan Suriya hökuməti silahlı birləşmələri təmin edəcək.
Görüşdə uzun müddətdir Suriya ilə sərhəddə əməliyyata hazırlıq görən Türkiyə hərbçilərinin İdlibdə hansı ərazilərə yerləşəcəyi də dəqiqləşib. Belə ki, bu ay ərzində keçirilməsi planlaşdırılan əməliyyatla Türkiyə hərbçiləri Hatay vilayətinin Yayladağı və Reyhanlı rayonlarından Suriya ərazisinə daxil olaraq İdlibin 35-50 kilometrliyinə qədər irəliləyəcəklər.
Türkiyə əməliyyata “Azad Suriya Ordusu” qüvvələri ilə birlikdə 25 min hərbçi ilə qatılacaq. Digər ərazilərdə təhlükəsizliyi isə Rusiya və İran-Əsəd rejimi silahlı birləşmələri təmin edəcək.