Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

“TuranBank”ın dəstək olduğu növbəti “YAŞAT” idman düşərgəsinə start verilib

Hər zaman şəhidlərimizin ailə üzvlərinin, qazilərimizin sosial müdafiəsi və ehtiyaclarının qarşılanması üzrə təşəbbüslərdə iştirak edən “TuranBank” ASC bu ənənəyə sadiq qalaraq “YAŞAT” Fondunun təşkilatçılığı, “ASAN Könüllüləri” Təşkilatının və Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “YAŞAT” idman düşərgəsinə maliyyə dəstəyi göstərib.

30 mart – 2 aprel tarixlərində Tovuz şəhərində baş tutacaq düşərgənin açılış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Tovuz rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Rəşad Zeynalov, “TuranBank”ın İdarə Heyətinin sədri Fəzail Musayev və digər qonaqlar iştirak ediblər.

Düşərgə şəhidlərimizin Qazax-Tovuz regionunda yaşayan 6-12 yaş aralığındakı övladlarından ibarət 26 iştirakçını əhatə edir. Məqsəd sözügedən region gənclərinin fiziki sağlamlıqlarının və idmana olan maraqlarının artırılması, yeni bilik və bacarıqlar əldə etmələrinə dəstək olmaq, eyni zamanda onların asudə vaxtlarının səmərəli təşkilidir.

Açılış mərasiminin ardından iştirakçılar üçün stolüstü idman yarışları, “Turan Tovuz” futbol klubu ilə tanışlıq və əyləncə saatı təşkil olundu. Ümumilikdə tədbirin davam edəcəyi gün ərzində müxtəlif yarışlar, tanınmış idmançılarla görüşlər, ustad dərsləri, ekskursiyalar və əyləncə saatları təşkil olunacaq, həmçinin Bankın dəstəyi ilə iştirakçılara xatirə hədiyyələri təqdim olunacaq.

Qeyd edək ki, “TuranBank” Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həssas əhali qruplarını, o cümlədən gələcəyimiz olan uşaqları daim diqqət mərkəzində saxlayır və dəstək olur. Bundan sonra da Bank “YAŞAT” Fondu ilə birlikdə mütəmadi olaraq sosial layihələrdə əməkdaşlıq edərək şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.

TuranBank

Bizimlə etibarlıdır…

Check Also

AMB dövlət işçilərinin həyatın yaşam sığortasından kənarlaşdırılmasına münasibət bildirib

Azərbaycanda dövlət sektorunda işləyən şəxslərin həyatın yaşam sığortasına qoşulmasının dayandırılması bu sahədə sığorta haqlarının məbləğini …