Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Türk dövlət başçıları koronavirus üçün bir araya gəlir – SON DƏQİQƏ

Türk Şurasının üzv ölkələrinin liderləri arasında yaxın günlərdə COVID-19 virusuna qarşı birgə tədbirlərə dair onlayn müzakirələr aparılacaq.

Boyukmillet.com “Report”a istinadla xəbər verir ki, bu barədə Özbəkistan xarici işlər nazirinin müavini İlham Nemətov Beynəlxalq Mətbuat Klubunun iclasında bildirib.

İclasda pandemiyaya qarşı mübarizədə dünya birliyinin həmrəylik göstərə bilib-bilməməsi, Özbəkistanın koronavirusa qarşı tədbirlərinin beynəlxalq aləmdə necə dəyərləndirilməsi və başqa məsələlər müzakirə mövzusu olub.

Özbəkistanın koronavirusa qarşı fevral ayından mübarizə apardığını diqqətə çatdıran nazir müavini pandemiyanın yaratdığı çətinliklərdən danışaraq bildirib: “Bu gün hər bir dövlət səlahiyyəti, imkanları, iqtisadi inkişafı baxımdan pandemiya üzündən çox ağır vəziyyətə düşüb”.

İndiyədək xaricdə olan vətəndaşlarının xeyli hissəsini vətənə qaytardıqlarını vurğulayan İ.Nemətov Qazaxıstandan 7 minə yaxın, Çindən 3,5 min, Türkiyədən də mindən artıq özbəkistanlının ölkəyə gətirildiyini qeyd edib.

Həmçinin ilk dəfədir MDB sədri olan Özbəkistanın planlarında dəyişiklik olmadığı, vəziyyətin normallaşacağı təqdirdə oktyabr ayının 26-na nəzərdə tutulan sammitdə 11 sənədin imzalanacağı qeyd olunub.

Check Also

Sabiq vergi müfəttişi 395 min manatlıq dələduzluqda ittiham olunur

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin sabiq dövlət vergi müfəttişi …