Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Türk ordusuna qarşı gələ bilməyən PKK yenə terrora əl atdı – Cerablusda dinc əhali hədəfdə… – FOTO

“Sülh çeşməsi” əməliyyatı ilə yaradılmağa çalışılan əminamanlığı pozmaq və suriyalıların geri qayıtmasının qarşısını almaq istəyən PKK/YPG terror təşkilatı dinc əhaliyə qarşı hücumlarını davam etdirir.

Boyukmillet.com-un xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Açıqlamada bildirilir ki, əli qanlı terror təşkilatı PKK/YPG “Fərat qalxanı” əməliyyatının keçirildiyi bölgədə Cerablus şəhər mərkəzində yenidən günahsız insanları hədəf alıb.

Belə ki, terrorçular kustar üsulla hazırlanmış partlayıcı maddə yüklü iki motosikleti uzaq məsafədən partlatmaqla terror aktı törədiblər. Hadisə nəticəsində, dördü ağır olmaqla, aralarında uşaqların da olduğu 14 sivil yaralanıb.

Türkiyə “Barış pınarı” ilə bölgədə əminamanlığı bərqərar etməkdə qərarlıdır.


Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …