Bazar , 8 Mart 2026
Drone Cameras

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin ilk görüşünün gündəliyi açıqlanıb

“Ermənistan dialoq nəticəsində Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını gözləyir”.

Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Unanyan iki ölkənin xüsusi nümayəndələrinin yanvarın 14-də planlaşdırılan görüşü barədə söyləyib.

O qeyd edib ki, Türkiyə hökuməti ilkin şərtlər olmadan dialoqa başlamaq yanaşmasını dəstəkləyirlər.

Diplomat bildirib ki, xüsusi nümayəndələrin ilk görüşü tanışlıq xarakteri daşıyacaq: “Bir görüşdən mühüm nəticələr gözləmək çətindir, ancaq bu, prosesi işə salacaq”.

Check Also

ABŞ İranın Naxçıvana endirdiyi zərbələrdən sonra Azərbaycanla həmrəyliyini bəyan edib

ABŞ-nin Azərbaycandakı səfirliyi İranın Naxçıvana PUA ilə zərbələrini pisləyib və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə …