Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyə 2023-cü ildən indiyə qədər beynəlxalq axtarışda olan 337 şəxsi tutaraq ölkəyə gətirib

Türkiyə İnterpol xətti ilə axtarışa verdiyi daha 3 nəfəri ölkəyə gətirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün “X” hesabında məlumat yayıb.

O bildirib ki, daxili işlər naziri təyin ediləndən (2023-cü ildən) bu yana beynəlxalq axtarışda olan 337 şəxs Türkiyəyə gətirilib:

“Hansı ölkəyə qaçıblarsa, biz mütəşəkkil cinayət təşkilatının üzvlərini, narkotik alverçilərini bir-bir tutub ölkəmizə gətirəcəyik. Onlar Türkiyə polisindən qaça bilməyəcəklər”, – deyə nazir bildirib.

Check Also

İran parlamentindən KƏSKİN BƏYANAT: “Hörmüz heç vaxt açılmayacaq”

İran parlamentinin sədr müavini Əli Nikzad ölkəsinin xarici siyasəti və bölgədəki hərbi gərginliklə bağlı olduqca …