Bazar , 19 May 2024
Drone Cameras

Türkiyə-Azərbaycan Rəqəmsal Transformasiya Forumu təsis edilib

Rəqəmsal transformasiya sahəsində həyata keçiriləcək layihələrə özəl sektorun cəlb edilməsi, B2B və B2G formatlarda əməkdaşlığın genişləndirilməsi məqsədilə Türkiyə–Azərbaycan Rəqəmsal Transformasiya Forumunun təsis edilməsi və ilk tədbirin 2022-ci ilin sonunda təşkili barədə qərar qəbul edilib.

Boyukmillet.com xəbər verir ki, bu qərar Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovun və Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribəyin həmsədrliyi ilə Rəqəmsal Transformasiya üzrə Azərbaycan –Türkiyə işçi qrupunun videokonfrans formatında ilk iclasında qəbul olunub.

Məlumata əsasən, iclasda 14 sentyabr 2021-ci il tarixində Bakı şəhərində imzalanmış “Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə işçi qrupunun Yol Xəritəsi”ndə qeyd olunan əməkdaşlıq istiqamətləri üzrə 2022 – 2023-cü illər ərzində görüləcək işlər müzakirə edilib.

Qeyd edək ki, bu istiqamətlərə fərdi məlumatların mühafizəsi, kibertəhlükəsizlik, “Hökumət buludu”, Rəqəmsal Transformasiya Konsepsiyası daxildir.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …