Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Türkiyə DƏHŞƏTLİ SİLAHINI dünyaya nümayiş etdirdi – VİDEO

Türkiyə mənbələri ordunun istifadəsinə verilən “sürü pilotsuz aparatlar”la bağlı yeni məlumatlar yayıb.

Yeni pilotsuz kamikadze aparatların ən böyük özəlliyi onların GPS sistemi olmadan uça bilməsidir. Bu da onların düşmən radarları tərəfindən müəyyən edilməsini çətinləşdirir. Məlumata görə, proqram bir neçə aparata yüklənir. Digər aparatlar isə proqram yüklənən əsas cihazları təqib edir. Yerli mənbələr yazır ki, Suriyadakı son döyüşlər Türkiyə Hava Qüvvələrinin döyüş qabiliyyətinin hansı səviyyədə olduğunu ortaya qoyub.

Mütəxəssislər hesab edir ki, Türkiyənin Suriyadakı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar müharibə tarixində bir ilkdir. Türkiyə ordusu hərbçilərin həyatını təhlükəyə atmadan düşmən mövqelərinə həlledici zərbələr endirir. Qeyd edək ki, ötən gün prezident adminstrasiyası “sürü ihalar”ın görüntülərini yayaraq, pilotsuz aparatların istifadəyə hazır olduğunu bəyan edib. Pilotsuz aparatlara raketlərin yerləşdirilməsi istisna olunmur.

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …