Bazar , 25 Yanvar 2026
Drone Cameras

Türkiyə Ermənistanla sərhədi açmağa hazırlaşır – TARİX

Türkiyə ilə Ermənistan arasında uzun illərdir bağlı qalan sərhədlə bağlı mühüm mərhələyə keçilir.

Boyukmillet.com xəbər verir ki, Ankara sərhəd-keçid məntəqəsinin cari ayın sonuna qədər açılmasını planlaşdırır.

Məlumata görə, işlər Türkiyənin İğdır vilayətinin Karakoyunlu rayonunda yerləşən Alican sərhəd-keçid məntəqəsində, eləcə də Ermənistanın Armavir vilayətindəki Marqara keçidində aparılır. Türkiyə tərəfində gömrük və əlaqədar prosedurlar üçün inzibati binalar tikilir, eyni zamanda Ermənistandan gələnlər üçün İğdır və ətraf bölgələri ziyarət etməyə çağıran məlumat lövhələri quraşdırılıb.

İğdır valisi Erkan Turan bildirib ki, hazırlıq prosesi fasiləsiz davam edir. Onun sözlərinə görə, hərbi postun yerinin dəyişdirilməsi başa çatdıqdan sonra ərazi Ticarət Nazirliyinə təhvil veriləcək və bundan sonra sərhəd-keçid məntəqəsi ayın sonuna qədər rəsmi şəkildə xidmətə açılacaq.

Check Also

Bakı-İrəvan xətti gündəmdə, Tiflis isə sakitdir – Səbəb açıqlandı

Gürcüstanın baş naziri Ermənistanla Azərbaycan arasında Gürcüstan ərazisindən yan keçməklə mümkün birbaşa ticarət daşımaları məsələsinə …