Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyə hərbçisi İraqda şəhid olub

Türkiyə Silahlı Qüvvələrinin baş çavuşu Sinan İnak İraqda şəhid olub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, terrorçular Türkiyə hərbçilərinə atəş açıb. Nəticədə S.İnak şəhid olub.

Hadisə “Pençe-Kilit” bölgəsində baş verib.

Qeyd edək ki, Türkiyə hərbçiləri İraqın şimalında “Pençe-Kilit” adı altında antiterror əməliyyatı keçirirlər.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …