Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

Türkiyə İranın Fars körfəzi ölkələrinə hücumlarını qınayıb və Qətəri dəstəkləyib

Türkiyə İranın Fars körfəzi ölkələrinə hücumlarını qınayıb və Qətərə dəstəyini ifadə edib.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə Dohada birgə mətbuat konfransında açıqlayıb.

“Davam edən müharibə bölgədəki qardaş ölkələrin təhlükəsizliyini təhdid altında saxlayır və sabitliyi pozur”,- Hakan Fidan bildirib və martın 18-də Səudiyyə Ərəbistanına səfəri zamanı müzakirə olunan mövzulara toxunub:

“Savaş başlayandan bəri (28 fevral – red.) ilk dəfə bu formatda bir araya gəldik. Ər-Riyaddakı toplantıda İranın hücumlarının dərhal dayandırılması qabardılıb. Belə ki, münaqişə daha geniş əraziyə yayılmadan diplomatik yollarla həll olunmalıdır”.

Onun fikrincə, bölgəni böhrana sürükləyən münaqişənin səbəbkarı İsraildir: “ABŞ ilə İran arasında danışıqlar aparılan zaman Təl-Əvivin təhriki ilə başlayan hücumlar regional təhlükəsizliyi riskə atmaqla yanaşı, qlobal təhdidə çevrilib”,- Hakan Fidan bildirib.

Check Also

İran BƏƏ-dən ABŞ-nin hücumlarına yardım etdiyinə görə təzminat tələb edir

İran Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) ABŞ-nin İran ərazisinə hücumlarına yardım etməkdə günahlandıraraq ondan təzminat tələb …