Suriyada son dövrlərdə baş verən hadisələr zamanı Türkiyənin dəstəyi ilə Suriya ordusunun İŞİD-ə mənsub terrorçuları azad etdiyi barədə iddialar tamamilə əsassızdır və həqiqətlə heç bir əlaqəsi yoxdur.
Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinin dezinformasiya ilə mübarizə şöbəsi açıqlama yayıb.
Bildirilib ki, beynəlxalq ictimai rəy tərəfindən də qəbul edilən təsdiqlənmiş və birmənalı həqiqət ondan ibarətdir ki, regionda İŞİD terror təşkilatı ilə bütün gücü ilə mübarizə aparan dövlət Türkiyə olub. İŞİD ilə ən şiddətli toqquşmalara girən, bu qrupa ən ağrılı və ağır zərbələri vuran məhz Türkiyədir.
“Bu səbəbdən ictimaiyyətdən, xüsusilə əsrlər boyu regionda eyni prinsipləri, narahatlıqları və həssaslıqları paylaşdığımız qardaşlarımızdan, dostlarımızdan və qonşularımızdan bu cür yalan iddialara və əsassız ittihamlara diqqət yetirməmələrini xahiş edirik”, deyə açıqlamada qeyd olunub.



Boyukmillet.com Biz yanmasaq vətən yanar
