Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə kəşfiyyatı “Kəndal erməni”ni zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada xüsusi əməliyyat keçirib.

Boyukmillet.com xəbər verir ki, PKK/YPG-nin bu ölkənin şimal-şərqində Türkiyə ilə sərhəddə yerləşən Ayn-əl-Ərəb (Kobani) şəhəri üzrə terror əməliyyatlarına cavabdehlik daşıyan “Kəndal erməni” kod adlı Şahin Tekintanğacı zərərsizləşdirib.

Təhlükəsizlik qüvvələri əvvəllər Ağrı, Qars, Van, Bingöl, Bitlis və digər kəndlərdə terror təşkilatı adına fəaliyyət göstərən terrorçu Tekintanğacın yerini müəyyən edib. O, bir çox terror aktlarında şəxsən iştirak edib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …