Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Azərbaycana dəstəyini ifadə edib

Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubova telefonla zəng edib.

O, Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi təxribatlarla bağlı xalqımıza dəstəyini və həmrəyliyini ifadə edərək, hərbi qulluqçularımızın şəhid olması ilə əlaqədar başsağlığı verib.

R.Usubov başsağlığına və qardaş dəstəyinə görə Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinə minnətdarlığını bildirib.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …