Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Türkiyə MN antiterror əməliyyatları bölgəsində ağıllı telefonlardan istifadəni yasaqlayıb

Türkiyə Milli Müdafiə Nazirliyi antiterror əməliyyatlarının keçirildiyi bölgələrdə hərbçilərin ağıllı telefonlardan istifadə etməsinə qadağa qoyub.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.

O bildirib ki, bu barədə müvafiq əmr verilib: “Əməliyyat bölgələrində ağıllı və kameralı telefondan istifadə qadağan edilib. Həmçinin şəxsi heyətə bu tipli cihazlardan istifadənin mənfi təsirləri ilə bağlı təlim keçirilib. Bu qaydanı pozan hərbçilər haqqında ağır cəzalar nəzərdə tutulub”.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …