Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə MN Hulusi Akarın Kərim Vəliyevlə görüşü ilə bağlı məlumat yayıb

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb.

Boyukmillet.com -un xəbərinə görə, nazir K.Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

H.Akar Türkiyənin “bir millət, iki dövlət” anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı mübarizəsində yanında olmağa davam edəcəyini vurğulayıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.

Check Also

Bu şəxslərə hərbi xidmətlə bağlı GÜZƏŞT OLACAQ – RƏSMİ

Xarici ölkələrdə təhsil alan tələbələrə hərbi xidmətə çağırışdan möhlət verilməsi üçün təhsil aldıqlarını təsdiq edən …