Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Türkiyə MN: “İndiyədək Azərbaycana 20 MEMATT minatəmizləyən maşın təhvil vermişik”

“Bu günə qədər Azərbaycana Türkiyənin istehsalı olan 20 MEMATT (Mexaniki Mina Təmizləmə Təchizatı) minatəmizləyən maşın təhvil vermişik”.

Bunu “Report”un Cəbrayıla ezam olunmuş əməkdaşına Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndəsi Yasin Arslan deyib.

Onun sözlərinə görə, “MEMATT” minatəmizləyən texnikası 500 metr məsafədən idarə olunur:

“Texnika saatda 4 km sürətlə irəliləyə bilir. Torpaq qatının 25 sm dərinliyə qədər enib təmizləmə işləri aparır. 1,7 metr eni, 1 km uzunluğu olan ərazini 1 saat ərzində minalardan təmizləmə qabiliyyətinə malikdir”.

Y.Arslan onu da bildirib ki, Azərbaycan tərəfində texnikaların istifadə qaydası ilə bağlı təlim də keçirilib:

“İşğaldan azad olunmuş bütün rayonlarda bu texnikalardan istifadə edilir. Hazırda işlərimiz Ağdam və Füzulidə daha intensiv şəkildə davam etdirilir. Çünki hədəf bu torpaqları tez bir zamanda normal qaydaya salmaqdır”.

Check Also

Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq yüksək səviyyədədir

Gürcüstanda səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 10-da Batumi şəhərində Türkiyənin milli …