Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Türkiyə MN: Suriyanın ərazi bütövlüyünü qoruması üçün zəruri dəstək veriləcək

Türkiyə Suriya hökumətinə birliyi və ərazi bütövlüyünü qoruyub saxlamaq üçün zəruri dəstək göstərəcək.

Boyukmillet.com “TRT Haber”ə xəbər verir ki, bu barərə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Suriyanın sabitliyi Türkiyənin təhlükəsizliyi ilə birbaşa bağlıdır və bu istiqamətdə atılan hər bir addım bölgədəki sülhə töhfə verir.

“Türkiyə Suriyanın ərazi bütövlüyünü və suverenliyini qoruyan, separatçı ünsürlərə yol verməyən mərkəzləşdirilmiş idarəetmə modeli ilə sabitliyə qovuşacağına inanır”, – məlumatda qeyd olunub.

Check Also

SEPAH: Hörmüzdə ABŞ ordusuna aid sualtı qurğu ələ keçirilib

Hörmüz boğazında ABŞ ordusunun ikinci sualtı pilotsuz qurğusu ələ keçirilib. Boyukmillet.com “Tasnim” agentliyinə istinadən xəbər …