Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib

Türkiyə NATO-ya üzvlüklə bağlı İsveç və Finlandiyaya xəbərdarlıq edib.

Boyukmillet.com “Habertürk”ə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı alyansa üzv olan bütün ölkələr məlumatlandırılıb.

“Şərti razılığımızı üzv dövlətlərlə bölüşdük. Bir daha sizə xatırlatmaq istəyirəm ki, əgər bu ölkələr bizim şərtlərimizi yerinə yetirmək üçün lazımi addımları atmasalar, biz prosesi donduracağıq”, – Ərdoğan bildirib.

Türkiyə lideri, xüsusən İsveçin razılaşmanın şərtlərini yerinə yetirmədiyini vurğulayıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …