Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Türkiyə ordusu 12 terrorçunu məhv edib

Türkiyə hərbçiləri PKK/YPG terrorçularının hədəflərinə zərbələr endirib, ilkin məlumata görə, 12 terrorçu məhv edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, ölkə ordusunun 3 hərbçisinin həlak olmasından sonra terrorçuların mövqelərinə güclü zərbələr endirib. Antiterror əməliyyatına aviasiya da dəstək verib. Əməliyyat zamanı 12 terrorçu məhv edilib.

Qeyd edək ki, Türkiyənin bir neçə hərbçisi Suriya ilə sərhəddəki Şanlıurfa sərhəd xəttində həlak olub. Terrorçuların yerləşdirdiyi qumbaranın partlaması nəticəsində 3 hərbçi həlak olub.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …