Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə ordusu İraqda 5 terrorçunu zərərsizləşdirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 5 silahlısını zərərsizləşdirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, silahlılar İraqın 3 rayonunda aprelin 18-dən bugünədək davam edən “Pençe-Kilit” əməliyyatı zonasında məhv edilib.

Müdafiə Nazirliyi Türkiyə Silahlı Qüvvələrinin bölgədə terror təhlükəsini aradan qaldırmağa davam edəcəyini bildirib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …