Şənbə , 18 Yanvar 2025
Drone Cameras

Türkiyə ordusu İraqın şimalında terrorçulara aid çox sayda silah-sursatı ələ keçirib

Türkiyənin Milli Müdafiə Nazirliyi İraqın şimalında “Pəncə-Kilit əməliyyatı bölgəsində terrorçulara məxsus çoxlu sayda silah və sursatın ələ keçirildiyini bildirib.

Boyukmillet.com xəbər verir ki, nazirliyin “X” hesabında paylaşılan açıqlamada bildirilib ki, əməliyyat bölgəsində təsbit edilən 6 mağara/tuneldə PKK terrorçularına aid çoxlu sayda silah və sursat ələ keçirilib.

Məlumata görə, ələ keçirilənlər arasında 3 ədəd əl qumbarası, 2 ədəd RPQ-7 reaktiv yaylım atəşi, 2 ədəd piyada əleyhinə mina, 1 ədəd PUA ilə gücləndirilmiş mina, 1 ədəd mina, 2 ədəd əl istehsalı minaatan, 35 ədəd Doçka pulemyotu olub. 1 tüstü sursatı, 1 120 mm minaatan, 1 81 mm minaatan sursat, 2 siqnal aşkarlama cihazı, 2 alfa-atəş cihazı, 1 minaatan anbarı, 8 sursat qutusu, 3 mətbəx silindri, 7 yanacaq dolu kanistrlər, 1 dağılmış/tərk edilmiş sığınacaq və 1 su hovuzu olub.

“Qəhrəman əsgərlərimiz terrorçuların yuvalarına girməyə davam edəcək”, – açıqlamada vurğulanıb.

Check Also

Ermənistan Rusiya səfirinə etiraz notası təqdim edib

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Boyukmillet.com Ermənistan XİN-ə istinadən …