Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə Ordusu terrorçulara məxsus 23 hədəfi məhv edib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada həyata keçirdiyi hava əməliyyatında terrorçulara məxsus 23 hədəfi məhv edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüquqlarımıza uyğun olaraq, PKK/YPG/KSK və digər terror ünsürlərini zərərsizləşdirərək xalqımıza və təhlükəsizlik qüvvələrimizə qarşı terror hücumlarını aradan qaldırmaq, sərhəd təhlükəsizliyimizi təmin etmək üçün İraq şimalında və Suriyada hava əməliyyatı həyata keçirilib.

Hava əməliyyatları zamanı separatçı terror təşkilatının istifadə etdiyi mağaralar, sığınacaqlar və anbarlar da daxil olmaqla 23 obyekt məhv edilib. Obyektlərdə terrorçuların olduğu güman edilir”, – deyə məlumatda bildirilir.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …