Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Türkiyə PKK-ya qarşı yeni antiterror əməliyyatına başlayıb

Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akar Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit” əməliyyatına başladığını açıqlayıb.

Nazri əməliyyat çərçivəsində terrorçulara aid hədəflərin şiddətli atəşə tutulduğunu bildirib:

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir. Birinci mərhələdə qarşıya qoyulan hədəflərə nail olunub”.

Check Also

İstanbulda iki cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib, bir neçə nəfər saxlanılıb

Türkiyənin İstanbul vilayətinin 4 rayonunda hədə-qorxu, silahlı hücum və əmlaka zərər vurma da daxil olmaqla …