Bazar , 8 Fevral 2026
Drone Cameras

Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə yola düşüb.

Boyukmillet.com  xəbər verir ki, dövlət başçısını hava limanından ölkə rəsmiləri yola salıb.

Türkiyə lideri Azərbaycanda iki gün səfərdə olacaq. Səfər tarixi Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi məqsədilə sentyabrın 27-də başlanmış Vətən müharibəsində qələbənin qeyd edilməsi gününə uyğunlaşdırılıb.

R.T.Ərdoğan dekabrın 10-da Bakıda keçiriləcək təntənəli Qələbə paradında iştirak edəcək.

R.T.Ərdoğanın səfəri çərçivəsində eləcə də iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …