Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

Türkiyə Prezidenti: “İsveç və Finlandiya vədi yerinə yetirməsə, biz də onların üzvlüyünə müsbət yanaşmayacağıq”

“Biz Finlandiyaya da, İsveçə də NATO Baş katibinin iştirak etdiyi toplantıda şərtlərimizi çox konkret formada söylədik. Gizli bir şey yoxdur”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.

“Şərtlərimiz bu ölkələrin terror təşkilatlarının fəaliyyətlərini dayandırması və əllərindəki terrorçuları qaytarmasıdır. Bilirsiniz ki, PKK, PYD, YPG və FETO-nü terror təşkilatları kimi qeydlərə saldıq. Onları vermələrini tələb etdik. Onlar verdikləri vədi yerinə yetirməsələr, bizim də bu məsələyə müsbət yanaşmağımız mümkün olmayacaq”, – o bildirib.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …