Türkiyə Maarif Vəqfi yaxın gələcəkdə Qarabağda da məktəb açmağı nəzərdə tutur.
Boyukmillet.com xəbər verir ki, bu barədə Vəqfin İdarə Heyətinin sədri Birol Akgün Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Gənclik kampusunun açılış mərasimində məlumat verib.
O bildirib ki, həmçinin Gəncə və Naxçıvanda da məktəblərin açılması nəzərdə tutulur.
B. Akgün qeyd edib ki, təhsil sahəsində Türkiyə və Azərbaycan arasında əməkdaşlıq sürətlə və uğurla davam edir.