“Qarşıdakı aylarda dünyanın ən çox müzakirə aparacağı məsələ inflyasiya olacaq”.
Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.
“Hazırda bir sıra ölkələrdə rekord inflyasiya qeydə alınır. Amma bu təhdidlərə baxmayaraq biz təbii qazı real qiymətinin ¼-nə əhaliyə satırıq. Həmçinin kənd təsərrüfatı sahəsinə dəstək veririk və bu dəstəyi də davam etdirəcəyik”, – o bildirib.
Bundan başqa, Türkiyə rəsmisi əlavə edib ki, ölkəsi dost və qardaş ölkələrin inkişafına həmişə dəstək verib və bundan sonra da həmin ölkələr bu dəstəyi hiss edəcəklər.


Boyukmillet.com Biz yanmasaq vətən yanar
