Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə Ukraynaya 50 ədəd zirehli avtomobil verib

Türkiyə Ukraynaya 50 ədəd “Kirpi” zirehli avtomobil verib.

Boyukmillet.com xarici KİV-ə istinadən bildirir ki, həmin avtomobillər artıq Ukraynanın cəbhə xəttinə gətirilib.

Məlumata görə, Türkiyənin Ukrayna Ordusuna daha 150 ədəd eyni markalı zirehli avtomobil göndərəcəyi gözlənilir. Türkiyə Silahlı Qüvvələrinin avtomobilləri Ukraynaya təmənnasız verdiyi güman edilir.

Bildirilib ki, zirehli avtomobillər Donetsk istiqamətində gedən döyüşlərdə istifadə olunacaq.

Türkiyənin Ukraynaya hərbi zirehli avtomobil verməsi ilə bağlı rəsmi Ankara və Kiyev hələlik heç bir açıqlama yaymayıb.

Qeyd edək ki, Türkiyə istehsalı olan “Kirpi” zirehli avtomobili yerli “BMC” şirkətinə məxsusdur.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …