Cümə , 9 Yanvar 2026
Drone Cameras

Türkiyə Ukraynaya qoşun göndərmək üçün şərtini AÇIQLADI

Ötən ayın sonlarından etibarən İranda baş qaldıran etiraz aksiyaları artan templə davam etməkdədir. Bu günlər ərzində bir çox məsələlər gündəmi zəbt etdi. Aksiyaların əsas nəticəsi kimi, 1979-cu ildə tarixin arxivinə göndərilən Şah rejiminin geri qaytarıla biləcəyi ehtimalı daha çox irəli sürülür. Son gələn məlumatlara əsasən deyə bilərik ki, sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin oğlu, hazırda Amerikada yaşayan Rza Pəhləvi hakimiyyəti ələ keçirməyi qarşısına hədəf qoyub. Hər halda onun aksiyalar başlayandan sonrakı açıqlamaları bunu göstərir.

Birləşmiş Ştatlar da hazırkı İranla bağlı hədəflərini gerçəkləşdirmək üçün Rza Pəhləvini ən uyğun kadr hesab edirlər. Doğrudur, ABŞ-a bu şəxsi hakimiyyətə gətirmək üçün ölkə daxilində güclü siyasi, hərbi və ictimai dəstək lazımdır. Burada Vaşinqton üçün müəyyən risklər də olmamış deyil. Çünki, ABŞ-ın açıq şəkildə Rza Pəhləvini hakimiyyətə gətirməyə çalışması İran daxilində anti-Amerika reaksiyasını gücləndirə, bu da mövcud rejimi daha da legitimləşdirə bilər. Burada xalqın xarici düşmən faktoru kimi Amerikaya qarşı birlik nümayiş etdirməsi ehtimalları kifayət qədər yüksək görünür.

İstənilən halda hazırda cənub qonşumuzdakı etirazların əsas nəticələrindən biri kimi molla rejiminin şah rejimi ilə əvəzlənə biləcəyi göstərilir. Aksiyalarda bəzi nümayişçilərin “Javid Shah!” (“Şah uzun ömürlü olsun”) kimi monarxist şüarlar səsləndirmələri heç də təsadüfi deyil.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında kifayət qədər diqqətçəkən fikirlər səsləndirdi: “İranda baş verən iğtişaşlara hələ ki, Güney Azərbaycan türklərinin yaşadığı şəhərlər qoşulmayıb. Ona görə də etirazçılar heç nəyə nail olmayıblar. Çünki İranda əsas etiraz, üsyan praktikası Təbriz, Ərdəbil və Zəncan kimi şəhərlərə xasdır. Fikrimcə, çox doğru taktiki gedişdir. Güneyli soydaşlarımız daha aldadılmaq istəmirlər. Ona görə ki, molla rejimi ilə şah rejimi arasında elə bir fərq yoxdur. Hər ikisi soydaşlarımıza qənim kəsiliblər. Güneylilərin qarnı artıq yalan vədlərə toxdur. Onlar zülmkar şah rejiminin tör-töküntülərinin hər hansı çağırışlarına əməl etmək istəmirlər. Oğul Rza şah Pəhləvinin müxalifətin lideri olmaq potensialı yoxdur. İranda müxalifət lideri də Təbrizdən və ya Ərdəbildən çıxacaq. Təbriz və Ərdəbil isə hələ ki, gözləyir. Çünki hazırkı prezident Pezeşkianı məhz azərbaycanlılar seçib. İndiki üsyanlarda onu heç qınayan da yoxdur. Pezeşkian əhaliyə güllə atılmamasını tələb edən hələ ki, ilk və yeganə şəxsdir. Əgər inqilab zəfər çalarsa, fikrimcə, molla rejimi getsə də, Pezeşkian müvəqqəti hökumətin rəhbəri kimi prezident kürsüsündə qalacaq. Rza Pəhləvi isə güneylilərin dəstəyini almadığı üçün elə ABŞ-dan hürməyə davam edəcək”.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …