Türkiyə və Misir xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sami Şükri Ankarada görüşüblər.
Boyukmillet.com xəbər verir ki, görüşdə iki ölkə arasında diplomatik münasibətlərin tam bərpası, həmçinin birgə layihələrin həyata keçirilməsi müzakirə edilib.
Görüşdən sonra mətbuata açıqlama verən Mövlud Çavuşoğlu deyib ki, bundan sonra Liviya mövzusunda daha sıx formada əməkdaşlıq olacaq.
Sami Şükri isə Misirin Türkiyə ilə daha yaxın əlaqələr qurmaqda maraqlı olduğunu bildirib.
Xatırladaq ki, iki ölkə arasında diplomatik münasibətlər 2013-cü ildən müvəqqəti işlər vəkilləri səviyyəsində həyata keçirilib. Ötən il futbol üzrə dünya çempionatında Qətər Əmirinin vasitəçiliyi ilə görüşən Misir və Türkiyə prezidentləri Əbdülfəttah Əs-Sisi və Rəcəb Tayyib Ərdoğan əlaqələrin bərpasına dair razılığa gəliblər.