Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Alimpaşa Məmmədov haqda  SON QƏRAR verildi

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun kassasiya şikayətinə baxılıb.

Boyukmillet.com-un əldə etdiyi məlumata görə, Ali Məhkəmə bu gün son qərarını açıqlayıb.

Məhkəmə A.Məmmədova verilmiş yekun 10 il 6 ay həbs cəzasını qanunauyğun hesab edib. Bu əsasla şikayət təmin edilməyib.

Qeyd edək ki, A. Məmmədov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. O, xüsusilə külli miqdarda mənimsəmə, rüşvət alma və qanunsuz əldə edilmiş pulları leqallaşdırmaqda təqsirli bilinib.

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …