Şənbə , 14 Mart 2026
Drone Cameras

Türkiyə və Rusiya Moskvada Suriyadakı vəziyyəti müzakirə edir

Türkiyə və Rusiya heyətləri Suriyanın İdlib bölgəsini müzakirə etmək üçün bir araya gəliblər.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, Moskvada keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edir.

Türkiyə və Rusiya nümayəndə heyətlərində diplomatlarla yanaşı, hərbi və kəşfiyyat sahələrinin əməkdaşları da var.

Xatırladaq ki, nümayəndə heyətləri arasında ilk görüş Ankarada baş tutmuşdu. Görüşdə Türkiyə tərəfi Soçi razılaşmasına məhəl qoyulmadığını bəyan edərək Rusiyanı üzərinə düşən öhdəlikləri yerinə yetirməyə çağırmışdı. Görüşlər nəticəsiz başa çatmışdı. 

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …