Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Türkiyə və Səudiyyə Ərəbistanı uzun illərdən sonra ilk siyasi məsləhətləşmələr keçirib

Ər-Riyadda Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirlikləri arasında uzun illər ərzində siyasi məsləhətləşmələrin ilk raundu keçirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “SPA” xəbər agentliyi məlumat yayıb.

Türkiyənin Səudiyyə Ərəbistanı, Yəmən və Küveytlə siyasi məsləhətləşmələr aparacağı bildirilib. Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Krallığın xarici işlər nazirinin müavini Valid Əl-Hereycinin dəvəti ilə aprelin 10-da Ər-Riyada səfər edib.

Qeyd olunub ki, tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edərək iki ölkə hökumətləri arasında siyasi məsləhətləşmələrin birinci raundunu keçiriblər:

“Onlar həmçinin səylərin artırılması və ikitərəfli koordinasiya məsələlərini müzakirə ediblər. Mövcud beynəlxalq vəziyyət, regional və beynəlxalq arenada əsas çağırışlar və böhranlar müzakirə edilib. Həmçinin görüş zamanı müxtəlif sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib”- məlumatda vurğulanıb.

Check Also

İsrail xüsusi təyinatlıları İrana girdi: quru əməliyyatı başladı – KİV

“Al Arabiya”nın məlumatına görə, MOSSAD və İsrail xüsusi təyinatlıları İranda quru əməliyyatı həyata keçiriblər. Boyukmillet.com xəbər …