Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Türkiyə XİN: İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb

İranın İsrailə hücumundan əvvəl Tehran və Vaşinqton Ankara vasitəsilə əlaqə saxlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Hadisədən əvvəl biz İran və ABŞ rəsmiləri ilə əlaqə saxladıq və onları mülayim olmağa çağırdıq. Dövlətimiz vasitəsilə tərəflər qarşılıqlı gözləntilər və mesajlar çatdırıb, reaksiyaların proporsionallığını təmin etmək üçün lazımi təşəbbüslər həyata keçirilib”, – bəyanatda qeyd olunub.

Həmçinin bildirilib ki, Türkiyə “İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə gərginliyə son qoymağa çağırış edir”.

Xarici İşlər Nazirliyi xatırladıb ki, Türkiyə tərəflərə İsrailin Qəzza zolağında apardığı müharibənin genişlənməsi və eskalasiya riski daşıdığı barədə xəbərdarlıq edib.

“İsrailin İranın Dəməşqdəki səfirliyinə hücumu beynəlxalq hüquq normalarına zidd olaraq bu narahatlıqları əsaslandırıb. İranın bu hücuma reaksiyası və ondan sonrakı hadisələr bir daha göstərib ki, hadisələr sürətlə regional müharibəyə çevrilə bilər. Hadisələrin inkişafının qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik”, – XİN vurğulayıb.

Xatırladaq ki, daha öncə “Reuters” Tehranın İsrailə qarşı planlaşdırılan əməliyyatla bağlı Ankaranı əvvəlcədən məlumatlandırdığını bildirmişdi.

Check Also

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı  əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb

Türkiyənin 34 vilayətində FETÖ-yə qarşı əməliyyatlar çərçivəsində 77 şübhəli şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu …