Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 terrorçunu məhv edib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında 20 YPG terrorçusunu (PKK terrorçu qruplaşmasının Suriya qanadı – red.) zərərsizləşdirib.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Terrorçular Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatlarının keçirildiyi ərazilərə hücum etməyə cəhd etsələr də, müvəffəqiyyətlə məhv ediliblər.

Qeyd edək ki, PKK silahlılarının 1984-cü ildən bu günə kimi Türkiyədə törətdikləri terror aktları nəticəsində təhlükəsizlik qüvvələrinin xeyli sayda əməkdaşı, mülki vətəndaşları həlak olub. ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatı kimi tanıyıb.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …