Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyədə 150 nəfərin işlədiyi zavodda yanğın başlayıb

Türkiyənin Mersin şəhərinin Tarsus rayonundakı qablaşdırma zavodlarından birində yanğın başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Məlumata görə, zavodda 150 nəfər işləyir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi məlum deyil.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …