Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Türkiyədə 2 helikopter toqquşub: 6 hərbçinin öldüyü bildirilir

Ölənlərdən birinin briqada generalı olduğu deyilir

Türkiyədə iki hərbi helikopterin təlim uçuşları zamanı toqquşması nəticəsində insan təlafatı olduğu bildirilir.

Hadisə İspartanın Keçiborlu ərazisindəki Ordu Aviasiya Məktəbində baş verib.

İsparta valisi Abdullah Erinin məlumatına görə, qəza nəticəsində 6 hərbçi həlak olub.

“Keçiborluda Ordu Aviasiya Məktəbi var, orada müntəzəm təlim uçuşları keçirilir. Təlim uçuşu zamanı iki helikopterin toqquşması nəticəsində qəza baş verib”, – Abdullah Erin bildirib.

Həlak olanlardan biri İsparta Quru Aviasiya Məktəbinin komandiri, briqada generalı İsa Baydilli olub.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …