Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyədə 6-cı Etnoidman Forumu başlayıb, Azərbaycan da təmsil olunur

Türkiyənin Antaliya şəhərində 6-cı Etnoidman Forumu başlayıb.

Boyukmillet.com  xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan bildirib ki, ötən il keçirilməsi nəzərdə tutulsa da, 2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələlər səbəbilə forum təxirə salınıb.

“Dünyanın hər yerində, ənənələrini yaşayan və yaşadan cəmiyyətlərlə əlaqələrimizi yaxşılaşdırmaq üçün mübarizə aparırıq”, – deyə o əlavə edib.

Forumun açılış mərasiminə Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …