Bazar , 7 Dekabr 2025
Drone Cameras

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib

Türkiyədə 9 polis əməkdaşı naməlum maddədən zəhərlənib.

Boyukmillet.com verir ki, bu barədə Bolu vilayət administrasiyası məlumat yayıb.

Bildirilib ki, sentyabrın 2-si axşam saatlarında Bolu polis şöbəsinin narkotiklərlə mübarizə idarəsinin keçirdiyi reyd zamanı xarici dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saxlanılıb.

Qeyd olunub ki, avtomobildə aparılan yoxlama zamanı yanacaq çənində şübhəli maddə aşkarlanıb. Həmin maddənin araşdırılması zamanı 9 təhlükəsizlik əməkdaşı onun yaydığı qoxudan təsirlənib.

Bildirilib ki, onlar təcili şəkildə xəstəxanaya çatıdırılıblar. Polislərdən 2-si reanimasiyaya yerləşdirilib, 3 nəfəri xəstəxana şəraitində, 3 nəfəri isə ambulator müalicə alır. Daha bir nəfər isə evə buraxılıb.

Hadisə ilə bağlı lazımi hüquqi və inzibati prosedurlara başlanıldığı vurğulanıb.

Check Also

Rusiya zərbəsi Çernobıl AES-in qoruyucusunu zədələyib – MAQATE-dən xəbərdarlıq

Rusiyanın dron zərbəsi nəticəsində zədələnən Çernobıl Atom Elektrik Stansiyasındakı yeni sarkofaq artıq əsas funksiyalarını yerinə …