Şənbə , 28 Mart 2026
Drone Cameras

Türkiyədə ağır yol qəzası baş verib, 2-si jurnalist olmaqla 15 nəfər ölüb

Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Qaziantep-Nizip yolunda qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb.

Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.

Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, dünyasını dəyişənlərdən ikisi jurnalistdir.

Check Also

Yerevanda etirazçılar 44 günlük müharibə ilə bağlı hesabatın açıqlanmasını tələb ediblər

“Kavkazski uzel”in materialı Həlak olmuş və itkin düşmüş hərbçilərin yaxınları Ermənistan parlamentindən 44 günlük Qarabağ …