Çərşənbə axşamı , 31 Mart 2026
Drone Cameras

Türkiyədə atışma zamanı 5 nəfər xəsarət alıb, saxlanılanlar var

Türkiyənin Adana şəhərindəki gecə klublarından birində atışma olub.

Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, iki silahlı qrup arasında baş verən silahlı insident zamanı 5 nəfər xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları, təcili yardım cəlb edilib. Yaralılar Seyhan Dövlət Xəstəxanasına və özəl tibb müəssisəsinə çatdırılıblar.

Hadisə yerində istifadə edilən 2 ədəd tapança maddi sübut kimi götürülüb. İnsidentlə əlaqədar bir neçə nəfər saxlanılıb.

Atışmanın hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Faktla bağlı təhqiqata başlanılıb.

Check Also

Tehrandan ABŞ-a sərt xəbərdarlıq – “Hörmüz xəyalını əbədi olaraq dəfn edin!”

İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” mərkəzi qərargahının sözçüsü Zülfüqari ABŞ-ın Hörmüz boğazını beynəlxalq nəzarətə vermək …