Bazar , 19 Yanvar 2025
Drone Cameras

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi beynəlxalq təlimdə şərti dəniz minaları zərərsizləşdirilib

Türkiyədə Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Nusret-2023” beynəlxalq hərbi təlimləri çərçivəsində şərti minalar zərərsizləşdirilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, C-130 tipli təyyarə ilə havadan dənizə mina düzülüb. Sonra dalğıclar həmin minaları zərərsizləşdirib.

Həmçinin, şərti əməliyyat zamanı yaralanan şəxsi heyətin təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, təlimlərdə Azərbaycanla yanaşı, Bəhrəyn, Braziliya, Bolqarıstan, Cənubi Koreya, Filippin, Küveyt, Malaziya, Pakistan və Oman iştirak edir.

Qeyd edək ki, təlimlər sabah, dekabrın 6-da başa çatacaq.

Check Also

Qurumlara hərbi xidmət yaşının endirilməsi ilə bağlı dəyişikliklərin tətbiqi üçün təkliflər hazırlanması tapşırılıb

Azərbaycanda hərbi xidmətə çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi …