Bu gün Türkiyədə Azərbaycan prospektinin açılışı olub.
Boyukmillet.com xəbər verir ki, bu barədə Trend-ə açılış mərasimində iştirak edən İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib.
O bildirib ki, prospekt Türkiyənin Van vilayətində yerləşir. Azərbaycan prospekti ilə yanaşı vilayət ərazisində Qarabağ məhəlləsi adlandırılan küçənin də açılışı olub
“Mərasimdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirdə Van bölgəsinin rəhbər işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər”.
.






