Cümə axşamı , 8 Yanvar 2026
Drone Cameras

Türkiyədə Bəyoğlu bələdiyyə sədri İnan Güney həbs olunub

İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan Bəyoğlu bələdiyyəsinin sədri İnan Güney də daxil olmaqla 8 nəfər haqqında hökm çıxarılıb.

“Report”un yerli mətbuata istinadən məlumatına görə, məhkəmə şübhəli şəxslərin həbsinə qərar verib.

Həbs edildikdən sonra İstanbulun Böyük Şəhər bələdiyyəsi sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu da daxil olmaqla, şübhəlilər barəsində istintaq İstanbul Baş Prokurorluğu tərəfindən “cinayətkar təşkilata rəhbərlik”, “cinayətkar təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvət”, “külli miqdarda fırıldaqçılıq”, “dələduzluq” və digər ittihamlarla davam edir.

Bu çərçivədə aralarında polis əməkdaşları tərəfindən saxlanılan Bəyoğlu bələdiyyəsinin sədri Güneyin də olduğu 44 nəfər məhkəməyə gətirilib.

Məhkəmə 24 nəfərin şərti olaraq azadlığa buraxılmasına qərar verib.

Beyoğlu Bələdiyyə Başçısı İnan Güney də daxil olmaqla səkkiz şəxs barəsində hökm çıxarılıb. Məhkəmə şübhəlilərin həbsinə qərar verib.

Check Also

Suriyadan Türkiyəyə gələn yük maşınında onlarla avtomat aşkarlanıb

Türkiyənin Şanlıurfa vilayətinin Akçakale rayonunda Suriyadan ölkəyə daxil olan yük maşınının yanacaq çənində onlarla avtomat …