Cümə , 6 Mart 2026
Drone Cameras

Türkiyədə daha bir meşə yanğını başlayıb

Türkiyənin Kahramanmaraş əyalətində meşəlik ərazidə yeni yanğın ocağı yaranıb.

Boyukmillet.com xəbər verir ki, Onikişubat mahalının Demrek məhəlləsində yerləşən meşəlik ərazidə ildırım çaxması nəticəsində yanğın baş verib.

Kahramanmaraş Meşə Bölgəsi Müdirliyi tərəfindən bölgəyə 10 su çiləyicisi, 3 inşaat maşını, 10 texniki işçi və 100 yanğınsöndürmə işçisi göndərilib. Yanğının söndürülməsinə havadan 4 helikopter də cəlb olunub. Ekipajlar alovun qarşısını almaq üçün işlərini davam etdirirlər.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …