Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Türkiyədə “Eren” antiterror əməliyyatının yeni mərhələsi başlayıb

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətində “Eren” antiterror əməliyyatının 13-cü mərhələsi başlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Vilayətdə terrorçuların axtarışı və zərərsizləşdirilməsinə 516 jandarma xüsusi təyinatlısı cəlb olunub.

Ümumilikdə, 43 xüsusi təyinatlı dəstə vilayətin bir sıra rayonlarına nəzarət edir.

Əməliyyatın məqsədi Türkiyənin bu bölgəsində terror təhlükəsini aradan qaldırmaqdır.

Check Also

İran daha 20 neft tankerinin Hörmüzdən keçməsinə icazə verib

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran hakimiyyəti ABŞ-a 20 tanker neft verəcək. Boyukmillet.com xəbər …